Azərbaycanlı oğlan planetin ən gözəl kişisi seçildi

© Photo : Instagram / zuileikhaAzərbaycanlı modellər Emil Qasımov və Züleyxa Orucova Tbilisidə keçirilən Miss & Mister Planet-2018 beynəlxalq gözəllik yarışmasında
Azərbaycanlı modellər Emil Qasımov və Züleyxa Orucova Tbilisidə keçirilən Miss & Mister Planet-2018 beynəlxalq gözəllik yarışmasında - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı modellər Emil Qasımov və Züleyxa Orucova Tbilisidə keçirilən Miss & Mister Planet-2018 beynəlxalq gözəllik yarışmasında uğurla çıxış ediblər

BAKI, 1 oktyabr — Sputnik. Azərbaycanlı modellər Emil Qasımov və Züleyxa Orucova Tbilisidə keçirilən Miss & Mister Planet-2018 beynəlxalq gözəllik yarışmasında uğurla çıxış ediblər.

Bu barədə Sputnik Azərbaycan-a təşkilatçı, layihənin ölkə üzrə direktoru Aqil Məmiyev məlumat verib. Qeyd edək ki, Aqil Məmiyev həm də müsabiqənin münsiflər heyətinin üzvüdür. Onun sözlərinə görə, Mister Planet-2018 titulunun sahibi Emil Qasımov olub. Züleyxa Orucova isə internet səsverməsinin yekunlarına əsasən ən yaxşı modellərin top beşliyinə daxil olub.

Ümumilikdə layihədə Rusiya, Ukrayna, Belarus, Estoniya, Tacikistan, Latviya və digər ölkələrdən 35 model iştirak edib. Məmiyev qeyd edib ki, müsabiqədə azərbaycanlı modellər Gülnarə Xəlilovanın hazırladığı geyimlərlə təmsil olunublar.

Emil Qasımov hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) oxuyur. Onun 18 yaşı var. Boyu 184 santimetrdir.

Züleyxa Orucova isə Türkiyədə təhsil alır. Onun boyu 173 santimetrdir. O, həm də Azərbaycan-ın birinci vitse-missidir.

Xəbər lenti
0