QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ordumuz gündüz döyüşlərinə hazırlaşır - VİDEO

© AR Ministry of DefenseAzərbaycan ordusnun genişmiqyaslı təlimləri
Azərbaycan ordusnun genişmiqyaslı təlimləri - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyinin rəhbərliyi təlimlərə cəlb olunan qoşunların peşəkarlığını və şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin planına uyğun olaraq müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində gündüz vaxtı döyüş atışları icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

© AR Ministry of DefenseMüdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgədə
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgədə - Sputnik Azərbaycan
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgədə

Müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınaraq qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib. Təlimlərdə həmçinin hava desantının döyüş tətbiqi üzrə tapşırıqlar da icra olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi təlimlərə cəlb olunan qoşunların peşəkarlığını və şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib.

Xəbər lenti
0