Müdafiə naziri hərbi texnikanın döyüşdə iştirakı ilə bağlı göstəriş verdi

© AR Ministry of DefenseTəlimlərdə iştirak edən tanklar
Təlimlərdə iştirak edən tanklar - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə naziri təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb

BAKI, 19 sentyabr — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.

© AR Ministry of DefenseMüdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə olub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə olub - Sputnik Azərbaycan
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə olub

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına əsasən, müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Təlimlər davam edir.

Xəbər lenti
0