Bu siyahıda Azərbaycan sonuncudur, lakin bununla fəxr edə bilər

Abunə olmaq
Hesabata görə Avropa ölkələri İsveçrə və Lüksemburqda təqribi insan ömrü 83 il olaraq qeyd edilib

BAKI, 14 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ÜST Tacikstan, Özbəkistan və Türkmənistan kimi ölkələrin də daxil olduğu Avropa bölgəsində yaşayan 900 milyonluq əhalinin sağlamlıq hesabatını açıqlayıb.

Sputnik Türkiyə xəbər verir ki, spirtli içkisi aludəçiliyi ilə sırada ilk yerdə ildə adambaşına təqribən 15,2 litr spirtli içki istifadə edən Litva qərarlaşıb. Rusiyada isə spirtli içki aludəçilyinin azalması (ildə təqribə 10,1 litr) müşahidə edilib. Bu səbəblə avtomobil qəzalarınında da azalma müşahidə edilib.

Spirtli içki qəbul edən insanların sayına görə ölkələr siyahısında sonuncu yerdə Azərbaycan (1,8 litr) qərarlaşıb. Azərbaycandan öncə isə ildə adambaşına 2 litr spirtli içki qəbul etməklə Türkiyə yer tutub.

Hesabata görə, Avropa ölkələri İsveçrə və Lüksemburqda təqribi insan ömrü 83 il olaraq qeyd edilib. Almaniyada da dünyaya gələn qız və oğlan uşaqlarının da təqribən 83 il yaşayacağı proqnozlaşdırılıb.

Türkiyə də isə bu rəqəm 78 il olub.

Xəbər lenti
0