09:15 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Заседание Милли Меджлиса Азербайджана

Bölgəmizdə yeni hərbi gücün əsası qoyulur

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
35910

“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb

BAKI, 14 sentyabr — Sputnik. Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

Komitə sədri Səməd Seyidov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin gücləməsi bizim ölkələr üçün vacibdir. Bu, region üçün vacib əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, ölkələrimiz arasında hərbi sahədə əlaqələr yüksək səviyyədə inkişaf edir.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Əsas mövzular