Azərbaycanda beynəlxalq layihə üçün ərsiz qızlar axtarılır

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidGözəllik yarışmasının iştirakçıları, arxiv şəkli
Gözəllik yarışmasının iştirakçıları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda "Kainat gözəli 2019" beynəlxalq gözəllik və yaradıcılıq festivalının yeni mövsümü ilə bağlı kastinq elan edilib

BAKI, 4 sentyabr — Sputnik. Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda "Kainat gözəli 2019" beynəlxalq gözəllik və yaradıcılıq festivalının yeni mövsümü ilə bağlı kastinq elan edilib.

Təşkilatçıların Sputnik Azərbaycan-a verdiyi məlumata görə, layihənin formatı bir qədər dəyişdirilib və indi gözəllik müsabiqəsi kimi keçirilməyəcək. Burada iştirak qaydaları da dəyişdirilib. Hazırda festivalda haranın vətəndaşı olmasından asılı olmayaraq, əri və uşağı olmayan yaradıcı qızlar iştirak edə bilərlər. İştirakçıların yaşı 18-dən 30-dək, boyu isə 165 sm-dən yuxarı olmalıdır. Təşkilat komitəsi ərdən boşanmış, lakin uşağı olmayan istənilən qızın anketlərinə baxmağa hazırdır.

İştirakçıların çimərlik paltarında podiuma çıxması onların yaradıcılıq potensiallarını açmaları ilə əvəz edilib. Onlar verilmiş tapşırıq üzrə əvvəlcədən hazırladıqları beş dəqiqəlik mini-film təqdim etməlidirlər. Burada məqsəd odur ki, layihənin qalibi sponsorlardan və beynəlxalq tanınmışlardan hədiyyələr almaqla yanaşı, "Kainat gözəli 2019" adlı filmdə baş rolu oynamaq imkanı da qazansın. Film məhəbbət və xəyanət haqqında olacaq. Filmin rejissoru və senari müəllifi festivalın baş prodüseri Leonid Xromovdur.

Festivalın finalı 2019-cu ilin mart-aprel aylarında Rusiyada — Moskvadakı konsert zallarından birində olacaq. Orada bir neçə ölkədən on iştirakçı iştirak edəcək. İkinci və üçüncü yerləri tutan festival iştirakçıları da filmdə çəkilə biləcəklər. Lakin onlar epizodik rollarda yer alacaqlar. Filmin çəkilişləri festival başa çatandan dərhal sonra başlayacaq ki, 2019-cu ilin payızında Rusiya, MDB və digər xarici ölkələrin kinoteatrlarında nümayişə çıxarılsın.

Xatırladaq ki, "Kainat gözəli 2018" titulunun sahibi rusiyalı (Lipetsk) İrina Sorokina olmuşdu. İkinci yeri Belarusdan (Qomel) Yekaterina Dubrovskaya, üçüncü yeri isə Özbəkistandan (Daşkənd) Diana Şelkova tutmuşdu.

Layihədə iştirak etmək istəyənlər festivalın saytında (http://www.beautyofuniverse.ru/registration) qeydiyyatdan keçməlidirlər. Təşkilat komitəsi müraciətlərə kastinqlərə start veriləndən keçən 1 ay ərzində baxacaq.

Xəbər lenti
0