SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Angela Merkel Azərbaycana səfərə gəlib

© Photo : AZƏRTACAlmaniyanın Federal Kansleri Angela Merkelin rəsmi qarşılanma mərasimi olub
Almaniyanın Federal Kansleri Angela Merkelin rəsmi qarşılanma mərasimi olub - Sputnik Azərbaycan
Abunə olmaq
Angela Merkelin rəsmi qarşılanma mərasimi olub

BAKI, 25 avqust — Sputnik. Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar. 

Angela Merkel və Nikol Paşinyan - Sputnik Azərbaycan
QARABAĞ
Merkel Yerevanda Dağlıq Qarabağdan danışdı

Daha sonra Azərbaycan Respublikasına səfərə gələn Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniyanın Federal Kanslerinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Angela Merkeli qarşılayıb. 

Fəxri qarovul dəstəsinin rəisi Almaniyanın Federal Kanslerinə raport verib.

Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Almaniyanın Federal Kansleri Azərbaycan əsgərlərini salamlayıb.

Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Federal Kansler Angela Merkelə, Almaniya Federativ Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin qarşısından keçib. Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri rəsmi foto çəkdiriblər. 

Xəbər lenti
0