10:24 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov

Səfir: Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda hərəkət müşahidə edilir

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
48 0 0

Rusiya səfiri: "Moskvanın məqsədi münaqişəli tərəflərə anlaşmaya nail olmaq üçün dəstək verməkdir"

BAKI, 20 avqust — Sputnik. "İndi Qarabağ üzrə danışıqlar prosesində tərəfləri bir-biri ilə tanış etmək üçün müəyyən bir hərəkət müşahidə edilir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağla bağlı rəsmi mövqeyi yaxşı məlumdur: "Moskvanın məqsədi münaqişəli tərəflərə anlaşmaya nail olmaq üçün dəstək verməkdir".

Diplomat qeyd edib ki, Rusiya bu məsələyə həmsədrlərdən biri olaraq ATƏT-in Minsk qrupunun prizmasından yanaşır. 

"Mən ictimaiyyətin müəyyən hərəkətini görürəm. Elə QHT-lər var ki, bu istiqamətdə öz fəaliyyətlərini həyata keçirirlər. Qeyd etmək istəyirəm ki, ölkələrimizin dini liderlərinin müraciətləri də münaqişənin həllinə öz töhfəsini verməkdədir" — deyə səfir bildirib.

Qeyd edək ki, atəşkəs barədə razılaşma əldə olunandan sonra Qarabağ münaqişəsində ən böyük gərginləşmə 2016-cı ilin 2-5 aprel tarixlərində baş verib. Yerevan tərəfi Azərbaycanı onların mövqelərinə hücum etməkdə günahlandırsa da, Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın təmas xəttində vəziyyəti gərginləşdirdiyini, ölkəmizin mövqelərini fasiləsiz olaraq atəşə tutduğunu, nəticədə hərbçilərimizin onlara cavab vermək məcburiyyətində qaldığını bildirib. Rəsmi məlumatlara görə, həmin günlərdə hər iki tərəf itki verib. Ölənlər arasında dinc sakinlər də olub.

2016-cı ilin 5 aprelində tərəflər Moskvanın köməyi ilə hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər. Lakin təmas xəttində atəşkəsin intensiv olaraq pozulması mayın 16-dək davam edib. Həmin gün Vyanada təmas xəttində gərginləşmə baş verəndən sonra ilk dəfə ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Rusiya, Fransa) vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyan arasında görüş olub.

Həmin görüşdə prezidentlər atəşkəs haqqında müqaviləyə və münaqişənin sülh yolu ilə həll edilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Əlaqədar

Birinci Qarabağ müharibəsində azsaylı uğurlardan biri
İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcəkmi – politoloq şərhi
Rusiyalı general Yerevanda: Qarabağ və 102-ci baza müzakirəyə çıxarılıb

Əsas mövzular