Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı yeniyetmə Türkiyədə yoxa çıxdı, cəsədi bir gün sonra tapıldı

© REUTERS / Tuncay Dersinlioğluİzmir saldırı
İzmir saldırı - Sputnik Azərbaycan
Abunə olmaq
Aradan saatlar keçməsinə baxmayaraq, evə qayıtmayan Naildən narahat olan ailəsi polisə itkin düşmə ilə bağlı məlumat verib

BAKI, 15 avqust — Sputnik. İzmirin Bergama ilçəsində 16 yaşlı azərbaycanlı Nail Quliyevin meyiti tapılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, N.Quliyev motosikletlə gəzinti zamanı qəzaya uğrayıb və yol kənarında boşluğa yuvarlanaraq, dünyasını dəyişib.

Məlumata görə, ailəsi ilə Berqamanın Zeytundağ məhəlləsində yaşayan qohumugilə gedən Nail Quliyev avqustun 13-də saat 11.00 radələrində 35 VTL59 dövlət nömrə nişanlı motosikletlə gəzməyə çıxıb.

© Photo : SondakikaNail Quliyev
Nail Quliyev - Sputnik Azərbaycan
Nail Quliyev

Aradan saatlar keçməsinə baxmayaraq, evə qayıtmayan Naildən narahat olan ailəsi polisə itkin düşmə ilə bağlı məlumat verib. Avqustun 13-də Nail Quliyevin axtarılması istiqmətində görülən işlər nəticəsiz qalsa da, ayın 14-də onun cəsədi Zeytundağ-Ödəmiş yolunda tapılıb.

Məlumata görə, Nail Quliyev motosikleti dəbilqəsiz idarə edirmiş.

Nail Quliyevin cəsədi Bergama Necla Mithat Öztürə Dövlət Xəstəxanasının morquna aparılıb. Hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Xəbər lenti
0