AZAL sərnişinlərlə bağlı açıqlama verib

© Sputnik / Murad OrujovАэропорт Гейдар Алиев. Фото из архива AZAL
Аэропорт Гейдар Алиев. Фото из архива AZAL - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir.

BAKI, 9 avqust — Sputnik. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk yeddi ayı ərzində 2,5 milyon sərnişinə xidmət göstərib. Bu barədə Sputnik Azərbaycan-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 14% çoxdur.

Məlumata görə, cari dövr ərazində "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 70 min sərnişin, milli loukoster "Buta Airways" aviaşirkətinin payına isə 259 min sərnişin düşüb.

Beynəlxalq reyslərlə ümumilikdə 2 milyon 150 min sərnişin (ümumi sərnişin axınının 86 faizi) daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 33 faizi AZAL-ın, 12 faizi isə "Buta Airways"in payına düşüb.

Xatırladaq ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna iyul ayında Moskva, İstanbul, Dubay, Antalya, Şarja, Kiyev, Bağdad, Tehran, Bodrum və Təl-Əviv daxildir. Bu istiqamətlərə 371 min sərnişin uçub.

Xəbər lenti
0