15:59 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Zakir Həsənov

Müdafiə nazirliyi Ermənistan rəhbərliyini ifşa etdi

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
49 0 0

Zakir Həsənov Ermənistan baş naziri və müdafiə nazirinin övladlarını işğal olunmuş Azərbaycan ərazilərinə hərbi xidmətə göndərməsinə münasibət bildirib

BAKI, 30 iyul — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, cəbhə xəttində hazırkı vəziyyətin müzakirə olunduğu görüşdə general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir.

T.Klaar da öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd edib. Qonaq Ermənistanın yeni baş naziri Nikol Paşinyanın hazırda yürütdüyü siyasətin münaqişənin sülh yolu ilə həllinə yönəldiyinə ümidvar olduğunu bildirib. Diplomat həmçinin Aİ-nin bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Müdafiə naziri qonaqların diqqətinə çatdırıb ki, Ermənistanın yeni rəhbərliyinin Azərbaycanın əleyhinə yönəlmiş hərbi ritorikalı çıxışları, xüsusilə baş nazir və müdafiə nazirinin öz övladlarını ölkəmizin işğal olunmuş ərazilərinə hərbi xidmətə göndərmələri bu hakimiyyətin də münaqişənin sülh yolu ilə həllində maraqlı olmamasına sübutdur.

Z. Həsənov xüsusi qeyd edib ki, münaqişənin tezliklə həll edilməsi üçün Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməklə işğalçı ordusunun bölmələrini torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır.

Əlaqədar

Azərbaycanın müdafiə naziri Rusiyaya gedir
Ermənistan müdafiə nazirini "tamada"ya bənzətdilər
Müdafiə nazirinin müavini Naxçıvanda qazanılan uğurun səbəblərindən danışdı
Türkiyədə yeni dövr: Baş Qərargah Müdafiə Nazirliyinə tabe edildi
Müdafiə Nazirliyinin nümayəndəsi ermənistanlı həmkarını "təriflədi" - SƏBƏB

Əsas mövzular