01:34 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Müdafiə naziri Moskvada bir sıra tədbirlərdə iştirak edib

Zakir Həsənov Moskvada maraqlı tədbirlərə qatılıb

© Official web-site of President of Azerbaijan Republic
AZƏRBAYCAN
Qısa URL
45 0 0

Tədbirdə ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib

BAKI, 30 iyul — Sputnik. Moskvaya səfəri çərçivəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov "Beynəlxalq Ordu Oyunları — 2018" yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı "Dostluq Evi"ndə olub.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, müdafiə naziri digər qonaqlarla birgə sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlara baxış keçirib. Nümayiş etdirilən eksponatlar yarışlar keçirilən günlərdə qonaqların yaxından tanış olmaları üçün sərgilənəcək.

  • Müdafiə naziri Moskvada bir sıra tədbirlərdə iştirak edib
    Müdafiə naziri Moskvada bir sıra tədbirlərdə iştirak edib
    © AR Müdafiə Nazirliyinin mətbuat xidməti
  • Müdafiə naziri Moskvada bir sıra tədbirlərdə iştirak edib
    Müdafiə naziri Moskvada bir sıra tədbirlərdə iştirak edib
    © Official web-site of President of Azerbaijan Republic
  • Müdafiə naziri Moskvada bir sıra tədbirlərdə iştirak edib
    Müdafiə naziri Moskvada bir sıra tədbirlərdə iştirak edib
    © Official web-site of President of Azerbaijan Republic
1 / 3
© AR Müdafiə Nazirliyinin mətbuat xidməti
Müdafiə naziri Moskvada bir sıra tədbirlərdə iştirak edib

Müdafiə naziri "Səhra mətbəxi" müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün 150-dən çox milli mətbəx nümunələri təqdim ediblər. Çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları təamların dadına baxıblar.

Tədbirdə həmçinin ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak ediblər.

Əlaqədar

Hərbçi olmaq istəyənlər üçün həlledici gün çatdı
Azərbaycan hərbçilərinin növbəti zəfəri
Azərbaycan hərbçilərinin iştirak edəcəyi yarış başladı
Teqlər:
müdafiə naziri general-polkovnik Zakir Həsənov, Moskva, səfər, Azərbaycan

Əsas mövzular