Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şimal bölgəsini bürümüş güclü yanğın barədə rəsmi məlumat yayıldı

© Photo : Пресс-служба МЭПР АРПожар в национальном парке Алтыагадж
Пожар в национальном парке Алтыагадж - Sputnik Azərbaycan
Abunə olmaq
Şimal bölgəsində meşəlik ərazidə yanğınların yayılmasının qarşısı alınıb

BAKI, 29 iyul — Sputnik. Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəlik ərazilərdə davam edən yanğınların yayılmasının qarşısı alınıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məumata görə, tüstülənmə davam edir, açıq alov müşahidə olunmur.

Hazırda yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri və "BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürmə işləri mürəkkəb relyefli yüksək dağ massivində aparılır. Əlavə məlumat veriləcək.

Xəbər lenti
0