01:55 22 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

XİN rəsmisi Azərbaycan-Avropa əlaqələri barədə danışıb

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
70 0 0

İlham Əliyevin Brüsselə səfəri, onun NATO-nun Əfqanıstanla bağlı "Qətiyyətli dəstək" sammitində iştirakı bütövlükdə NATO və Avropa İttifaqı ilə əlaqələrimizin inkişafının prioritetliyini göstərir

BAKI, 23 iyul — Sputnik. "İtaliya prezidentinin Azərbaycana səfəri və Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri bu ölkələrlə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri, onun NATO-nun Əfqanıstanla bağlı "Qətiyyətli dəstək" sammitində iştirakı bütövlükdə NATO və Avropa İttifaqı ilə əlaqələrimizin inkişafının prioritetliyini göstərir.

İyulun 18-19-da İtaliya Respublikasının prezidenti Sercio Mattarella Azərbaycanda səfərdə olub. İyulun 18-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İtaliya Respublikasının prezidenti Sercio Mattarellanın iştirakı ilə iki ölkə arasıbnda sənədlərin imzalanması mərasimi keçirilib.

İyulun 19-20-da isə Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri gerçəkləşib. Səfər çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olub.

Əlaqədar

Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən danışıb
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saat çəkib
Britaniyanın türk əsilli XİN rəhbəri istefa verdi
XİN balaca Zəhrannın öldürülməsinin ildönümü ilə bağlı bəyanat verib

Əsas mövzular