Ərdoğan Bakıda ilk mesajını verdi

© AP Photo / Lefteris PitarakisTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: "Qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram"

BAKI, 10 iyul — Sputnik. "Bildiyiniz kimi, biz bu qardaşlığımızı "bir millət, iki dövlət" anlayışı ilə bu günə qədər gətirdik. Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik. Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü şəkildə çatdırmaq istəyirik".

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Bakı, 10 iyul 2018-ci il - Sputnik Azərbaycan
Azərbaycan və Türkiyə prezidentləri arasında təkbətək görüş olub

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan AZƏRTAC-a və Azərbaycan Televiziyasına müsahibəsində deyib. "Qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram" — Ərdoğan bildirib.

Xatırladaq ki, R.T.Ərdoğan prezident seçildikdən sonra ilk rəsmi xarici ölkə səfərini Azərbaycana edib. Bu gün Bakıya gələn Türkiyə prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib. Daha sonra ali qonağın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verib. Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabanda - Sputnik Azərbaycan
Rəcəb Tayyib Ərdoğan Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.

Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Həmçinin, iki ölkə arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0