Baş vermiş qəza ilə bağlı birgə rəsmi məlumat yayıldı

© Sputnik / Murad OrujovAzərenerji ASC-nin baş ofisi
Azərenerji ASC-nin baş ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Energetika Nazirliyi və “Azərenerji” elektrik enerjisi verilişində problemlə bağlı birgə məlumat yayıb

BAKI, 3 iyul — Sputnik. Ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə yaydığı operativ məlumatda qeyd olunub.

"Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilmişdir. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur. Problemin tam həlli üçün  zəruri tədbirlər  davam etdirilir", — deyə məlumatda vurğulanıb.

Xəbər lenti
0