Zakir Həsənov orduya tapşırıq verdi - VİDEO

© AR Ministry of DefenseMüdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində
Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində - Sputnik Azərbaycan
Abunə olmaq
O, müvafiq tapşırıq və göstərişlər verib.

BAKI, 3 iyul — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlcə nazirliyin rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib.

Təlimlərə cəlb edilmiş zabit heyəti ilə keçirilən xidməti müşavirədə birləşmə və hərbi hissələrin komandir, rəis heyətlərinin planları, fəaliyyətləri, qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.

Müşavirədə çıxış edən müdafiə naziri hazırkı dövrdə belə təlimlərin əhəmiyyətini xüsusi vurğulayaraq qarşıda duran vəzifələrdən danışıb, müvafiq tapşırıq və göstərişlər verib.

Xəbər lenti
0