MN: "Azərbaycan Ermənistana hesabat verməyəcək"

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ermənistana bu helikopterləri haradan və necə aldığı barədə hesabat verməyəcək

BAKI, 27 iyun — Sputnik. Mülki helikopterləri haradan aldığı və onları necə hərbiləşdirdiyi barədə cəfəng söhbətlərə Azərbaycan tərəfi heç bir şəkildə reaksiya verməyəcək,

Bunu Sputnik Azərbaycan-a Azərbaycanın Müdafiə Nazirliyindəki mənbə erməni politoloq Suren Sarkisyanın ötən gün hərbi paradda nümayiş etdirilən ABŞ istehsalı Bell 412 təyyarələrinin mülki olduğu və Azərbaycanın onları qanunsuz olaraq hərbiləşdirdiyi barədə iddialarına aydınlıq gətirərkən deyib.

Sputnik Azərbaycan-ın həmsöhbəti qeyd edib ki, Azərbaycan tərəfi Ermənistan nümayəndələrinə nəyi və necə aldığı barədə hesabat verməyə borclu deyil. Bununla belə mənbə bildirib ki, Bell 412 helikopterləri hərbidir və bu, müzakirə mövzusu ola bilməz. 

Azərbaycanın hərbi qüdrəti: Bakıda yeni silahlar və texnika nümayiş olundu - Sputnik Azərbaycan
VİDEO
Azərbaycanın hərbi qüdrəti: Bakıda yeni silahlar və texnika nümayiş olundu

Erməni politoloq Suren Sarkisyan öz facebook səhifəsində xəbər verib ki, ABŞ-ın Dövlət departamentinə Bakıda keçirilən hərbi paradda nümayiş etdirilən Bell 412 helikopterləri ilə bağlı suallar ünvanlayıb. Onun sözlərinə görə, sualına cavab olaraq Dövlət Departamentindən bildiriblər ki, "Bell 412 mülki helikopter kimi sertifikatlaşdırılıb. Bu təyyarələrin mülki versiyalarının Azərbaycan və yaxud Ermənistana ixracı üçün Dövlət Departamenti tərəfindən lisenziya tələb olunmur".

Erməni politloq isə iddia edib ki, Bakıda nümayiş etdirilən helikopterlər mülki nəqliyyat kimi hazırlanıb, lakin sonra Azərbaycan tərəfindən hərbiləşdirilib. Sarkisyan soruşur ki, bu helikopterlər harada və necə hərbiləşdirilib.

Xatırladaq ki, 26 iyunda Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş hərbi parad keçirilib. Paradda Azərbaycan ordusunun silahlanmasına daxil edilən ağır artilleriya silahları, hərbi helikopter və qırıcı təyyarələr nümayiş etdirilib. Türkiyə Silahlı Qüvvələrinin "Türk ulduzları" və "SOLOTÜRK" pilotaj qruplarının F-16 və F-15 təyyarələrində göstərdikləri aviaşou izləyənləri valeh edib.

Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizəsi Xidmətinin, eləcə də Türkiyə ordusunun xüsusi parad heyətinin 4 mindən çox əsgəri iştirak edib. 240 ədəddən çox hərbi texnika "Azadlıq" meydanının qarşısından keçərək ordunun qüdrətini nümayiş etdirib. 70 vertolyot və təyyarədən ibarət aviasiya Bakı səmasında şou göstərərək, Azərbaycanın milli bayrağının rənglərində tüstü buraxıblar.

Xəbər lenti
0