04:39 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycanda dövlət qurumlarının adı dəyişdirildi - FƏRMAN

© AP Photo / Sergei Grits
AZƏRBAYCAN
Qısa URL
1013 0 0

Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib

BAKI, 26 iyun — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti  və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanında əksini tapıb.

Hər iki qurumun adından “Nəzarət” sözləri çıxarılıb. Beləliklə, bu qurumlar müvafiq olaraq Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Xidməti adlanacaq. 

Bu Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Beləliklə, Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Xidmətinin baytarlıq və fitosanitar sahələrdə nəzarət funksiyasını itirməsi, yalnız bu sahələrdə xidmət göstərməklə məşğul olacağı rəsmiləşib. Bu, həmin sahələrdə nəzarət funksiyasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunması ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2017-ci il 13 noyabr tarixli fərmanına əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayıb.

Əlaqədar

Azərbaycanda bu rüsumlar artırıldı - Prezident sərəncam imzaladı
İlham Əliyev Prezident Administrasiyası barədə sərəncam verdi
İki sahənin işçiləri ilə bağlı sərəncam verildi
Prezident turizm cənnəti ilə bağlı sərəncam verdi
Gözlənilən sərəncam imzalandı: Daha küçələrimizdə qan axıdılmayacaq
Prezidentdən vacib təyinatlar - SƏRƏNCAM

Əsas mövzular