CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtımızdan azərbaycanlıların sevdiyi məkana getmək asanlaşdı

Abunə olmaq
Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər

BAKI, 25 iyun — Sputnik. İyul ayının 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib. O, bildirib ki, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə — Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9.00-dur. Avtobusların Batumidən yola düşmə vaxtı isə 3,5,7-ci günlər saat 10:00-da olacaqdır.

Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizidir.

Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər.

Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə tövsiyyə edirik ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar.

Sərnişinlərin yol boyu çay və qəhvə ilə təmin olunması nəzərdə tutulub.

Xəbər lenti
0