06:16 10 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
1231 0 0

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, hava şəraiti günəşli olacaq, zəif cənub küləyi əsəcək

BAKI, 22 iyun — Sputnik. Azərbaycanda istirahət günlərində səyahətə çıxmaq istəyənlər üçün hava proqnozu açıqlanıb. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırır ki, günün əksər saatlarında hava şəraiti yağmursuz keçsə də, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu dağətəyi rayonlarda 30-35 dərəcə, dağlıq rayonlarda isə 21-26 dərəcə təşkil edəcək. 

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək. 

Aran rayonlarında hava şəraiti isti, günəşli olacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək. 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, hava şəraiti günəşli olacaq, zəif cənub küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Əlaqədar

Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlk iş gününə gözlənilən hava proqnozu açıqlandı
Yenə tufan, yenə leysan: Rayonlarda qiyamət qopsa da, Bakıda hava isti olacaq
Həftə çox pis hava ilə başlayacaq - XƏBƏRDARLIQ

Əsas mövzular