02:47 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
98701

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) "oğru dünyası"na daxil olan 6 şəxsi saxlayıb.

BAKI, 18 iyun — Sputnik. Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) "oğru dünyası"na daxil olan 6 şəxsi saxlayıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə DİN-nin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib.

Saxlanılan şəxslərdən ikisinin azərbaycanlı, "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovla əlaqəli olduğu müəyyənləşdirilib. 1980-ci il təvəllüdlü B.B və 1981-ci il təvəllüdlü C.O. adlı şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır. Həmin şəxslərin evlərində axtarış zamanı onların "oğru dünyası" ilə əlaqəli olmasını sübut edən məlumatın yer aldığı mobil telefonlar müsadirə edilib.

Saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Əlaqədar

"Lotu Quli" bu sahəyə nəzarəti tam ələ keçirmək üzrədir
Afaq Aslan Lotu Quli ilə sevgi münasibətlərindən danışdı
"Lotu Quli"nin yaxın adamı Ağstafada tutuldu
"Lotu Quli"ni söyən avtoritetin arvadı öldürüldü
"Lotu Quli"nin "öldürdüyü" çeçenlə bağlı həqiqət üzə çıxdı
Teqlər:
Nadir Səlifov, "Lotu Quli", Daxili İşlər Nazirliyi, Gürcüstan

Əsas mövzular