23:17 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
AZƏRBAYCAN
Qısa URL
164910

Təlimlərə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirib

BAKI, 15 iyun — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən hərbi birliyin birləşmə və hissələrinin qərargah və bölmələrinin cəlb edilməsi ilə keçirilən təlim başa çatıb.

Cəbhəboyu zonada yerləşən hərbi birliyin birləşmə və hissələrinin təlimi
© AR Ministry of Defense
Cəbhəboyu zonada yerləşən hərbi birliyin birləşmə və hissələrinin təlimi

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlərə 2.000 nəfərədək şəxsi heyət, 60-dək tank və digər zirehli texnika, 250-dək təkərli və xüsusi texnika, 70-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan cəlb olunub.

Cəbhəboyu zonada yerləşən hərbi birliyin birləşmə və hissələrinin təlimi
© AR Ministry of Defense
Cəbhəboyu zonada yerləşən hərbi birliyin birləşmə və hissələrinin təlimi

Qoşunların hazırlığının yoxlanılması məqsədilə birləşmə və hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb və cəmləşmə rayonlarına çıxarılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib.

Təlimin əməliyyat şəraitinə uyğun olaraq qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması və müdafiənin əlverişli hədlər üzrə bərpa olunması tapşırıqlarını yerinə yetiriblər. Təlimlərə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirib.

Əlaqədar

Azərbaycan ordusu güclü silahını sınaqdan keçirdi
Azərbaycan ordusunun döyüş qabiliyyəti yoxlanılır
Ermənistan ordusunda fırıldaqçılıq
Azərbaycan ordusunun raket bölmələri praktiki atışlar keçirib - VİDEO
Azərbaycan ordusu daha bir kəndi işğaldan azad etdi - RƏSMİ
Teqlər:
döyüş hazırlığı, təlim, müdafiə naziri, hərbi birlik, qoşun

Əsas mövzular