21:13 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Milli Məclis

Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edildi

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
30 0 0

Normativ hüquqi aktların hazırlanmasında çeviklik təmin ediləcək

BAKI, 12 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklərə ikinci səsvermədə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər barədə millət vəkili Əli Hüseynli məlumat verib.

Dəyişikliyə əsasən, 70.3-cü maddə aşağıdakı redaksiyada verilib: "70.3. Azərbaycan Respublikasının Milli Məclisində dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi barədə, uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə, həmçinin Konstitusiya qanun layihələrinə isə üç oxunuşda baxılır.".

Aşağıdakı məzmunda 76.3-cü maddə əlavə edilib: "76.3. Ad və ya rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurətinin yarandığı hallar (bu Konstitusiya Qanununun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktı ləğv edə bilər. Bu halda ləğv edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir.".

Aşağıdakı məzmunda 83.1-1-ci maddə əlavə edilib: "83.1-1. Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidentinin fərmanları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir.".

Dəyişikliklər ikinci səsvermədə qəbul edilib.

Əlaqədar

Qanuna dəyişiklik edildi, iş üçün peşəkarlıq sertifikatı tələb olunacaq
Konstitusiya qanununa dəyişikliklər edilir
Azərbaycanda uşaqların məktəbə qəbulunda mühüm dəyişiklik edilir
Teqlər:
dəyişiklik, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu, növbədənkənar plenar iclas, Milli Məclis

Əsas mövzular