Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İlham Əliyevin qərarı bəlli oldu: Bir gediş, iki mühüm hadisə

© Official website of President of Azerbaijan Republicİlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak edib
İlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti Rusiyada keçiriləcək Dünya Çempionatının açılış mərasiminə qatılacaq

BAKI, 11 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev 2018-ci il futbol üzrə Dünya Çempionatına qatılmaq üçün Moskvaya səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"yə Azərbaycan Prezident Administrasiyasındakı mənbə bildirib.

"Bəli, ölkə başçısı açılış mərasimində iştirak edəcək", — deyə mənbə vurğulayıb.

Qeyd edək ki, futbol üzrə dünya çempionatının açılış mərasimi Moskvanın "Lujniki" stadionunda keçiriləcək. Bu meydanda çempionatın ilk oyunu Rusiya- Səudiyyə Ərəbistanı matçı keçiriləcək. Açılış mərasimi ilə bağlı şou oyundan 30 dəqiqə əvvəl Bakı vaxtı ilə 18:30-da başlayacaq.

Dünya Çempionatının açılış mərasimində, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək. Faktiki olaraq, bu, Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi ilk tədbir olacaq.

Xəbər lenti
0