16:11 17 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Santa Monika

ABŞ-da Azərbaycan həqiqətləri qəbul edildi

CC0 / weareone2017 / Santa Monica
AZƏRBAYCAN
Qısa URL
194 0 0

Santa Monikada 28 may "Azərbaycan Milli Günü" elan edilib

BAKI, 7 iyun — Sputnik. ABŞ-ın Kaliforniya ştatının Santa Monika şəhəri 28 may 2018-ci il tarixini "Azərbaycan Milli Günü" elan edib. Bununla bağlı şəhər meri Ted Vinterer (Ted Winterer) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Sputnik Azərbaycan-a daxil olan məlumata görə, Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə, həmçinin qeyd olunur ki, Azərbaycan Los Ancelesdəki Baş Konsulluğu vasitəsilə Santa Monika şəhəri ilə son illərdə güclü əlaqələr qurub. Bəyannamənin sonunda 28 may tarixi Santa Monika şəhərində "Azərbaycan Milli Günü" elan edilir.

Əlaqədar

Amerikada Azərbaycan barədə daha bir mühüm bəyənnamə qəbul edildi
ABŞ-da Azərbaycanla bağlı ciddi bəyənnamə qəbul edildi
Milli Məclis bayraq, gerb və himn barədə qərar qəbul etdi
Teqlər:
Santa Monika şəhəri, "Azərbaycan Milli Günü", Kaliforniya ştatı, mer, 28 may, ABŞ

Əsas mövzular