21:25 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Sergey Şoyqu

Rusiya müdafiə nazirdən Azərbaycana təklif: Suriyada dinc həyatı birgə təmin edək

© Sputnik / Михаил Климентьев
AZƏRBAYCAN
Qısa URL
455502

Sergey Şoyqu: "Bu dəstək bizim beynəlxalq terrorizmlə mübarizədə və ümumi təhlükəsizliyin bərpasında birliyimizi göstərə bilər"

BAKI, 6 iyun — Sputnik. Rusiya müdafiə naziri Sergey Şoyqu Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə humanitar yardım və infrastrukturun bərpa olunması da daxil olmaqla Suriyada dinc həyatın bərpa edilməsi prosesində iştirak etməyi təklif edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Şoyqu Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclasında bildirib.

"Hamı üçün aydındır ki, təhlükəsizliyi yalnız birgə səylərlə təmin etmək olar. Bununla əlaqədar sizə müraciət edərək Suriyada dinc həyatın bərpasında iştirak etməyi təklif edirəm", — deyə Şoyqu qeyd edib.

O əlavə edib ki, bu gün Suriyada tərəflər geniş sahədə qarşılıqlı şəkildə əməkdaşlıq edə bilər: "Bura ərazilərin minalardan təmizlənməsi, deeskalasiya (gərginliyin azaldığı — red.) zonalarında birgə patrulun aparılması, humanitar köməyin göstərilməsi, infrastrukturun bərpası və s. Sizin dəstəyinizə ümid edirik. Bu dəstək bizim beynəlxalq terrorizmlə mübarizədə və ümumi təhlükəsizliyin bərpasında birliyimizi göstərə bilər".

Nazirin sözlərinə görə, hazırda Suriyada ön plana münaqişənin siyasi yolla nizamlanması, humanitar köməyin göstərilməsi və infrastrukturun bərpası məsələləri çıxır: "Bu gün Suriya ərazisinin böyük hissəsi azad olunub, digər ərazilərdə isə terrorçularla silahın yerə qoyulması ilə bağlı danışıqlar gedir".

Qeyd edək ki, iyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclası keçirilir. İclasda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edir. İclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edəcəklər.

Əlaqədar

Əsəd Suriyadakı Rusiya-ABŞ qarşıdurmasının gizlinlərini açdı
Suriya problemində dönüş: Əzəli rəqiblər razılığa gəldi
Suriyada rusiyalı hərbçilər öldürülüb
Ərdoğanı təhqir etdi, amma barışmaq istəyirlər - Suriyadan Türkiyəyə qəribə jest
Putin Suriyanın gələcəyi barədə danışdı
Teqlər:
müdafiə naziri Sergey Şoyqu, Müstəqil Dövlətlər Birliyi, MDB, MDB ölkələri Müdafiə Nazirləri Şurası, Zakir Həsənov, Sergey Şoyqu, Suriya, Rusiya

Əsas mövzular