15:35 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
993 0 0

Keçmiş dövlət başçıları Azərbayan xalqına təbriklərini çatdırıblar

BAKI, 4 iyun — Sputnik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə videomüraciət ünvanlayıblar. Bu barədə Sputnik Azərbaycan-a NGBM-dən məlumat verilib.

Mərkəzin həmsədrləri Vara Vike-Freyberqa, İsmayıl Serageldin, habelə Albaniya prezidenti İlir Meta, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Ukraynanın keçmiş dövlət başçısı Viktor Yuşşenko, İsrailin sabiq dövlət başçısı Dalia İtzik, Xorvatiyanın sabiq dövlət Başçısı İvo Josipoviç, Bosniya və Hersoqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşşenko videoçarxda Azərbayan xalqına təbriklərini çatdırıblar.

Videomüraciətdə Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olması xüsusi vurğulanıb. Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinə sürətlə inteqrasiya etdiyi, qısa vaxtda böyük inkişaf yolu keçdiyi qeyd olunub.

Əlaqədar

Prezident İlham Əliyev AXC-nin qurucularından danışdı
Tarixçi-alim: “AXC tariximizin ən şərəfli hissəsidir”
Dövlət başçısı AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət etdi
Tarixçi: “AXC olmasaydı müstəqil Azərbaycan olmazdı”
Teqlər:
NGBM, videomüraciət, Azərbaycan Xalq Cümhuriyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, AXC, prezident

Əsas mövzular