CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın gələcək zabitləri imtahan qarşısında

© AR Ministry of DefenseHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları - Sputnik Azərbaycan
Abunə olmaq
Zabitlər nəzəri, çöl səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər

BAKI, 2 iyun — Sputnik. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

© AR Ministry of DefenseHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları  - Sputnik Azərbaycan
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları

Məlumata görə, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ixtisasları üzrə dörd il müddətində hazırlıq keçən kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə ixtisasları və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.

Xəbər lenti
0