Azərbaycan və Avropa İttifaqı saziş imzalamağa çox yaxındır - Aİ Komissarı

© Sputnik / Rashad KeremogluAvropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Gunter Ettinger
Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Gunter Ettinger - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı komissarı imzalanacaq sazişin anonsunu verdi

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Sputnik Azərbaycan-ın məlumatına görə, Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Gunter Ettinger Bakıda "ADA" Universitetində "Qlobal hadisələr fonunda Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyəti" mövzusunda çıxışı zamanı bunu bildirib.

"Şərq tərəfdaşlığı layihəsi Azərbaycanla Avropa İttifaqı əlaəqlərinin inkişafında önəmli rol oynayıb. Biz Azərbaycan və Avropa İttifaqı arasında yeni hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında saziş üzərində işləyirik. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və Azərbaycan və Avropa İttifaqı arasında ticarət dövrüyyəsi Azərbaycan ümumilikdə Azərbaycanın ticarət dövrüyyəsinin yarısını təşkil edir", — deyə Aİ komissarı vurğulayıb.

Ettinger qeyd edib ki, Azərbaycanda enerji resursları hələ 10 il də aktual olacaq və Azərbaycanın öz enerji sektorunu diversifikasiya etməyə ehtiyac var: "Alternativ enerji sahəsində Azərbaycanda çox böyük potensial var. Biz həmçinin Avropa İttifaqı və Azərbaycanla aviasiya sazişinin imzalanmasına çox yaxınıq və bu saziş imzalandıqdan sonra Avropa ölkələri ilə Azərbaycan arasında əlaqələr daha da dərinləşəcək".

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrinin daha bir uğurudur və bu Avropanın enerji təhlüksizliyi baxımından olduqca önəmli layihədir: "Biz düşünürük ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığı da öz növbəsində regionun təhlükəsizliyinə töhvə verə bilər".

Xəbər lenti
0