01:47 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Bizim Planet verilişi

“Bizim Planet” də Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixi müzakirə edilib

© Photo : Ağyol İnformasiya Agentliyinin mətbuat katibi
AZƏRBAYCAN
Qısa URL
25 0 0

Politoloq Rufiz Qonaqov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı prezident İlham Əliyevin sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb edir

BAKI, 30 may — Sputnik. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi "Bizim Planet" verilişində Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik tarixi səlnaməsi başlıca müzakirə mövzusu olub. AzTv-nin analitik verilişinin  yayımı bu dəfə millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı, BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov və fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimovun diskussiyaları ilə davam etdirilib.  

Politoloq Rufiz Qonaqov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı prezident İlham Əliyevin sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb  edir. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri bunun xalqımız və millətimiz, eləcə də dövlətimiz üçün mühüm tarixi hadisə olduğunu vurğulayıb. Rufiz Qonaqov iyirmi üç ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətini bu günkü müstəqil Azərbaycanın və dövlətçiliyimizin yüz illiyi kimi dəyərələndirib. 

Mövzu ilə bağlı çıxış edən millət vəkili Musa Qasımlı qeyd edib ki, müsəlman şərqinin ilk parlamentli respublikası olan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı cənab prezidentin imzaladığı sərəncam milli dövlətçilik tariximizə böyük ehtiramın nümunəsi olmaqla bərabər, tarixi, ictimai-siyasi, mənəvi və psixoloji əhəmiyyət daşıyır. Bu sərəncam müstəqil dövləti yaşatmağın, onu qorumağın, mühafizə edib inkişaf etdirməyin istiqamətlərini göstərən mühüm bir sənəd kimi əhəmiyyətlidir deyə Musa Qasımlı vurğulayıb. O, bildirib ki, bu sənəd tarixi tədqiqatlar  üçün yeni imkanlar yaradır, çünki Cümhuriyyət dövrünün öyrənilməyən çoxlu vacib məsələləri var. 

Tarix elmləri doktoru Anar İsgəndərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, müsəlman şərqinin şərəfli bir tarixidir. Qısa zaman kəsiyində yaşayan bu dövlət 350 dəfə ilk dəfə sözünə imza atıb. Coğrafi məfhum olan Azərbaycan sözünü siyasi məfhuma çevirən də elə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti olub. BDU-nun professoru vurğulayıb ki, həmin dövrdə Azərbaycan dili, dövlət rəmzləri, parlamenti və s. haqqında mühüm qanunlar yaradıldı. Anar İsgəndərov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Parlamentin içərisində bu gün də Qərb dövlətləri üçün təəccüb doğuran qanunlara imza atılıb. 

Müzakirələr zamanı çıxış edən fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov bildirib ki, müstəqillik tariximizin 100 illik yubileyi ilə bağlı dövlət başçımıza ünvanlanan təbriklərdə xarici dövlətlərin demokratiyamıza olan etiraflarının və hörmətlərinin şahidi olduq. Müstəqilliyimizin tarixi dövrü ilə müasir dövrünü müqayisə edən fəlsəfə üzrə fəlsəfə doktoru maraqlı fikirlərlə çıxış edib.  

“Bizim Plant” də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənəli şəkildə dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən danışılıb. Bildirilib ki, bu tarixi hadisə gənclərimizdə milli ruhun gücləndirilməsinə təsir edir. Onlara müstəqil dövlətçilik hislərini aşılayır, özünə güvən və Vətənə sevgini daha da gücləndirir. Cümhuriyyət tariximizə dövlət səviyyəsində göstərilən bu diqqət harada yaşamasından asılı olmayaq hər bir azərbaycanlıya müstəqilliyimizi qoruyub-saxlamaq hissini təlqin edir. Verilişdə qeyd edilib ki, çox təəssüf ki, bu gənc dövlət həm daxildən, həm xaricdən göstərilən təzyiq nəticəsində iyirmi üç ay yaşaya bildi. Lakin Azərbaycan ikinci dəfə öz müstəqilliyini elan etdikdən sonra qısa zaman kəsiyində xalqın iradəsi ilə hakimiyyət başına keçən Heydər Əliyevin rəhbərliyi ilə bu dövlətçilik ənənələrimiz yenidən inkişaf etdirildi. Artıq Azərbaycan dünya səviyyəsində sayılan-seçilən bir dövlətə çevrilib ki, beynəlxalq aləmdə öz sözünü deyən bir siyasətə sahibdir. 

Verilişdə müzakirə olunan mühüm mövzulardan biri də bu gün Azərbaycan dövlətçiliyinə qısqanclıq edən islamofob və ermənipərəst dairələrin təsiri altına düşən müəyyən qüvvələrin müxtəlif məqamlardakı çıxışları olub. Belə ki, kino-rejissor və ssenarist Rüstəm İbrahimbəyovun müəllifi olduğu “Qafqaz üçlüyü” filmində tutduğu mövqeyi “Bizim Planet” də tənqid edilib. Vurğulanıb ki, Azərbaycan xalqına və dövlətçiliyinə qarşı bü cür əsassız və qərəzli yanaşma cəmiyyətin ziyalısı hesab olunan bir azərbaycanlıya qəti şəkildə yaraşmır. Bildirilib ki, sapı özümüzdən olan bu baltaların öz xalqına və millətinə qarşı nümayiş etdirdiyi xəyanətkar mövqeyi onun satqın ruhunun və xislətinin zəifliyinin göstəricisidir. 

Vurğulanıb ki, Cümhuriyyətin qurucuları olan tarixi şəxsiyyətlərimiz bütün ömürlərini Azərbaycan xalqına həsr etmişdir. Lakin son zamanlar baş verən bu cür hadisələr xalqından və milli ruhundan uzaq düşüb, yad təsirlərin altında əzilən bu “ziyalılar”ın taleyi isə gələcək nəsillərin nəzərində sadəcə təəssüf doğura bilər. Qeyd edilib ki, Rüstən İbrahimbəyov və başqalarının öz xalqına qarşı düşmənçilik möveyinin siyasi sifarişlə həyata keçirildiyinə heç bir şübhə ola bilməz. Bildirilib ki, belə xəyanətkarlıq və satqınlıq nə qədər şəxsi və maddi maraqlara söykənməsinə baxmayaraq, heç bir tarixi dövrdə Azərbayxan xalıqı tərəfindən bağışlana bilməz. 

Əlaqədar

Sona Vəliyeva: "Cümhuriyyət tarixi bizim milli yaddaşımızdır"
Həyatla ölüm arasında ağır mübarizə: Sağalması bizim əlimizdədir, yoxsa Tanrının?

Əsas mövzular