CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cümhuriyyətin 100 illiyinə “Cümhuriyyətin 100 illik zirvəsi”

© Photo : Heydər Əliyev Fondunun mətbuat xidmətiAlpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”ndə
Alpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”ndə - Sputnik Azərbaycan
Abunə olmaq
Zirvədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş məlumat lövhəsi bərkidilib

BAKI, 28 may — Sputnik. Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub.

© Photo : Heydər Əliyev Fondunun mətbuat xidmətiAlpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”ndə
Alpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”ndə  - Sputnik Azərbaycan
Alpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”ndə

Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə “Cümhuriyyətin 100 illik zirvəsi” adı verilib.

Ekspedisiya peşəkar alpinistlər və layihədə iştirak edən qurumların nümayəndələrindən ibarət olub.

Zirvədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş məlumat lövhəsi bərkidilib.

© Photo : Heydər Əliyev Fondunun mətbuat xidmətiAlpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”nə doğru qalxırlar
Alpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”nə doğru qalxırlar - Sputnik Azərbaycan
Alpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”nə doğru qalxırlar

Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.

Xəbər lenti
0