Türkiyə müdafiə nazirinin müavini Gəncəyə gəlir

© Photo : KonyaninsesiЗаместитель министра обороны Турции Шуай Алпай
Заместитель министра обороны Турции Шуай Алпай - Sputnik Azərbaycan
Abunə olmaq
Şuay Alpay Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş tədbirlərə qatılacaq

BAKI, 25 may — Sputnik. Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay bu gün Gəncəyə gələcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

Səfir vurğulayıb ki, Şuay Alpay Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illiyinə həsr olunmuş tədbirlərə qatılacaq.

Xatırladaq ki, Şuay Alpayın babası Məhəmməd Qasım bəy 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən olub və Azərbaycanın Milli Qəhrəmanıdır. 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi də məhz Məhəmməd Qasım bəyə tapşırılıb.

Xəbər lenti
0