17:51 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Azərbaycan və Gürcüstan bayraqları

Azərbaycan və Gürcüstan öz müstəqilliklərinə necə qovuşdu?

© Photo : пресс-службе ГСАТ
AZƏRBAYCAN
Qısa URL
38 0 0

Respublika gününə həsr edilmiş videokörpü keçiriləcək

BAKI, 24 may — Sputnik. 28 May tarixi Azərbaycanda dövlət bayramı — Respublika günü kimi geyd edilir. Bu il ölkə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini bayram edir. Azərbaycanla yanaşı 26 may tarixində qonşu Gürcüstanda da ilk respublikanın elan olunmasının 100 illiyini qeyd edəcəklər.

Hər iki respublikanın yaranması Qafqaz valisinin sarayında Tiflisdə (bu günkü Tbilisi) baş verib. Hətta yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin höküməti bir neçə həftə həmin şəhərdə fəaliyyət göstərib.

Bu gün strateji tərəfdaşlıq səviyyəsində münasibət quran iki ölkənin ərazisində ötən əsrin əvvəllərində elan olunmuş respublikaların yaranması necə baş verib, onları hansı hadisələr birləşdirib? Bu və digər mövzular barədə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində 25 may 11:00-da iki ölkənin alimlərinin iştirakı ilə keçiriləcək video-körpüdə danışılacaq.

Bakıda iştirakçılar:

Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Azad Rzayev və Qafqaz Tarixi Mərkəzinin rəhbəri Rizvan Hüseynov

Tbilisidə iştirakçılar:

İliya Universitetinin Politologiya İnstitutunun elmi işçisi Giya Siamaşvili

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə

Əlaqədar

Amerikalı diplomatdan AXC ilə bağlı möhtəşəm məqalə
Mayami merindən AXC-nin 100 illiyi ilə bağlı bəyannamə
AXC-nın 100 illiyi ilə bağlı maraqlı video-çarx
AXC ilə bağlı xüsusi iclasın vaxtı açıqlandı
Teqlər:
Sputnik Azərbaycan, Gürcüstan, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan, 28 may

Əsas mövzular