ABŞ Konqresində Azərbaycanla bağlı mühüm bəyanat verilib

© AP Photo / Alex BrandonABŞ Konqresi
ABŞ Konqresi - Sputnik Azərbaycan
Abunə olmaq
Bəyanatda qeyd olunur ki, Azərbaycan ABŞ-ın əsas hərbi müttəfiqlərindəndir

BAKI, 22 may — Sputnik. Mayın 18-də ABŞ Konqresinin üzvü Skot Perri (Respublikaçı – Pensilvaniya) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış edib. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda 1917-ci il inqilabından və Birinci Dünya Müharibəsi zamanı Rusiya qoşunlarının Qafqaz cəbhəsindən çəkilməsindən sonra, Azərbaycanın 28 may 1918-ci il tarixində öz müstəqilliyini elan etdiyi bildirilir.

Azərbaycan bayrağı - Sputnik Azərbaycan
Cümhuriyyətimizin 100 illiyinə böyük töhfə

İlk müstəqilliyinin qısa olmasına baxmayaraq, o zamankı ölkənin indiki Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyi və Azərbaycanın 1991-ci ildə müstəqillik əldə edəndən sonra regionda və dünyada artan vacib rola malik olduğu vurğulanır.

Bəyanatda qeyd olunur ki, Azərbaycan ABŞ-ın əsas hərbi müttəfiqlərindəndir. Azərbaycan sülhməramlılarının ABŞ və NATO qüvvələri ilə birgə Kosovo, İraq və Əfqanıstanda xidmət etdiyi, bu gün Azərbaycanın Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasında 120 nəfər qüvvəsinin olduğu bildirilir.

Azərbaycanın enerji sektorunda lider olduğu, dünyanın ilk neft quyularından birinin 1848-ci ildə Bakının cənubunda qazıldığı, Azərbaycanın öz təbii ehtiyatlarını inkişaf etdirdiyi, Trans-Anadolu Kəmərini tikməklə Avropanın Rusiyadan qaz asılılığını azaltmağa yardım etdiyi bəyanatda diqqətə çatdırılır. Azərbaycanın zəngin qaz ehtiyatlarının onun "odlar yurdu" kimi tanınmasına gətirib çıxardığı qeyd olunur.

Bəyanatda, ABŞ-ın Azərbaycanın dostluğuna görə minnətdarlıq bildirilir və Azərbaycan xalqına davamlı sülh və əminamanlıq arzu olunur.

Xəbər lenti
0