Səfir: "Terrorçuluqla mübarizədə Azərbaycanla əməkdaşlıq edirik"

© Sputnik / Eldar Tanriverdiyev Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev
Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Tacikistan ərazisinin 93%-i dağlardan ibarətdir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Tacikistan terrorizmlə mübarizə sahəsində Azərbaycanla sıx əməkdaşlıq edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev bildirib.

Səfirin sözlərinə görə, Tacikistan terrorizmlə mübarizədə beynəlxalq və regional təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir.

Tacikistan səfiri, eyni zamanda vurğulayıb ki, terroizmin milliyəti, dini olmur. 

Onun sözlərinə görə, 3-4 may tarixlərində Tacikistan Respublikasının Hökuməti BMT,  ATƏT və Avropa İttifqa ilə birgə əməkdaşlıq, Qətər dövlətinin dəstəyi ilə "Terrorizmlə mübariz  zorakı ektremizmin qarşısının alınması" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın sonunda Düşənbə bəyannaməsi qəbul edilib.

Brifinqin ikinci hissəsində isə səfir ölkəsinin turizm potensialdan danışıb. O, qeyd edib ki, Tacikistan ərazisinin 93%-i dağlardan ibarətdir. Tacikistan ekoloji turizmə xüsusi önəm verir.

Onun sözlərinə görə, Tacikistan dünyada elektron viza verilməsinə görə üçüncü ölkədir.

Xəbər lenti
0