Nazir hərbçilərin fəaliyyətinə qiymət verdi

© AR Ministry of DefenseMüdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən rəhbər heyətinə müvafiq göstəriş verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən rəhbər heyətinə müvafiq göstəriş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Zakir Həsənov “Efes-2018” təlimlərində uğur qazanmış Azərbaycan hərbçilərini mükafatlandırıb

BAKI, 9 may — Sputnik. İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyə Respublikasında səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimlərdə uğur qazanmış heyəti təbrik edən müdafiə naziri hərbçilərimizin beynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” təlimlərində Azərbaycan Ordusu 100 nəfərdən artıq şəxsi heyətlə təmsil olunur.

Xəbər lenti
0