Donald Tramp İlham Əliyevə məktub ünvanladı

Abunə olmaq
ABŞ prezidenti: "Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm"

BAKI, 27 aprel — Sputnik. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

İlham Əliyev və Angela Merkel - Sputnik Azərbaycan
Angela Merkel İlham Əliyevi təbrik etdi

"Hörmətli cənab Prezident,

Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm.

Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcək.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm".

Xəbər lenti
0