BAKI, 24 aprel — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-25-də Türkiyəyə səfər edəcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Prezident İlham Əliyevin VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.
Qeyd edək ki, bu, İlham Əliyevin aprelin 11-də keçirilmiş prezident seçkilərində qələbəsindən sonra ilk xarici səfəridir.