05:15 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
AZƏRBAYCAN
Qısa URL
393

"Düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq"

BAKI, 23 aprel — Sputnik. Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı bəyanat yayıb. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bəyanatda Ermənistanda hakimiyyəti sona çatmış hökumətin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmədiyi qeyd olunub.

"Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir. Bəyan edirik ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq", — bəyanatda vurğulanıb.

Əlaqədar

Cəbhədə pulemyotlar işə düşdü
Cəbhədə silahlar yenə dilə gəldi
Ölüm-qalım mübarizəsi: Böyük dövlətlər bir-birilərinə qarşı cəbhə açdı
Cəbhədə silah səsləri eşidilib
Türkiyəyə qarşı daha bir cəbhə açıldı: Fransa Membiçə ordu göndərir?
Teqlər:
əməliyyat şəraiti, cəbhəboyu zona, hərbi texnika, Müdafiə Nazirliyi, Ermənistan

Əsas mövzular