13:18 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Onlar da İlham Əliyevi təbrik etdilər

© Official website of President of Azerbaijan Republic
AZƏRBAYCAN
Qısa URL
45 0 0

Netanyahu və Matsuura Azərbaycan prezidentini təbrik edib

BAKI, 23 aprel — Sputnik. İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, əziz dostum.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə ardıcıl olaraq dördüncü dəfə seçilməyiniz münasibətilə İsrail hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin. İsrail ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün bundan sonra da Sizinlə əlaqələrimizi davam etdirmək niyyətindəyik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Bu xoş fürsətdən istifadə edərək Sizə münasib olan vaxtda İsrailə səfər etməyiniz barədə təklifimi yenidən ali diqqətinizə çatdırıram. 2016-cı ilin dekabrında Bakıya unudulmaz səfərim zamanı Sizin mənə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Zati-aliləri, Sizi ən qısa zamanda yenidən görməyə ümidvaram".

UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura da İlham Əliyevi təbrik edib. Məktubda deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu xoş fürsətdən istifadə edərək Azərbaycan ilə Yaponiya arasında mövcud olan səmimi ikitərəfli əlaqələrin möhkəmləndirilməsində böyük səylərinizi vurğulamaq istərdim.

Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi istiqamətində ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

Əlaqədar

Dini konfessiya rəhbərləri İlham Əliyevi qələbə münasibətilə təbrik ediblər
İlham Əliyevi təbrik edənlərin ardı-arası kəsilmir
Çin lideri İlham Əliyevi təbrik etdi
Donald Tusk Azərbaycan prezidentini təbrik edib
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Teqlər:
Koişiro Matsuura, UNESCO, təbrik məktubu, İlham Əliyev, prezident, Azərbaycan Respublikası, Benyamin Netanyahu, baş nazir, İsrail Dövləti

Əsas mövzular