Sabah Azərbaycanın yeni baş naziri təsdiq olunacaq

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Milli Məclisin iclası keçiriləcək, yeni baş nazir seçiləcək

BAKI, 20 aprel — Sputnik. Aprelin 21-də Milli Məclisin plenar iclası keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a parlamentin mətbuat xidmətindən məlumat verilib.

"Report"un əldə etdiyi məlumata görə, iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində keçirilən səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % səs toplayaraq qalib gəlib. Aprelin 18-də İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində and içərək vəzifəsinin icrasına başlayıb. Andiçmə bitəndən sonra Azərbaycan Nazirlər Kabineti istefaya gedib.

Prezident İlham Əliyevin aprelin 18-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

Xəbər lenti
0