02:41 22 Aprel 2018
Canlı yayım
Azərbaycanda prezident seçkiləri

Konstitusiya Məhkəməsi prezident seçkiləri barədə qərarını elan etdi

© AP Photo / Aziz Karimov
AZƏRBAYCAN
Qısa URL
142 0 0

Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib

BAKI, 17 aprel — Sputnik. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib. Sputnik Azərbaycan xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib. Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərində qalib gəlib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinə dair yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib. Bu barədə qərar MSK-nın aprelin 15-də keçirilən iclasında qəbul edilib.

Xatırladaq ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201 seçki məntəqəsi hesabat verib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında bildirib ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

Beləliklə, emal olunmuş bülletenlərə əsasən, İlham Əliyev 86.02 faiz, Zahid Oruc 3,11 faiz, Qüdrət Həsənquliyev 3,04 faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39 faiz, Fərəc Quliyev 1,18 faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.

Əlaqədar

Prezident seçkiləri ilə əlaqədar Konstitusiya Məhkəməsinin iclası başlayıb
Türkiyədə növbədənkənar prezident seçkiləri təklif edildi
Seçkiləri tənqid edən ATƏT müşahidəçiləri barədə ilginc məqamlar üzə çıxdı
"Bizim Planet"də 11 aprel prezident seçkiləri müzakirə edilib
Teqlər:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, nəticə, prezident seçkiləri, iclas

Əsas mövzular