İlham Əliyev gənclərə müraciət etdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Bona Dea Beynəlxalq Hospitalının açılışında
Azərbaycan Prezidenti İlham Əliyev Bona Dea Beynəlxalq Hospitalının açılışında - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev: "Heç bir kənar qüvvə bizi yolumuzdan döndərə bilməz"

BAKI, 12 aprel — Sputnik. “Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək, daha güclü dövlət quraq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi yolumuzdan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik,  böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər, ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir”. APA-nın xəbərinə görə, bu sözləri Heydər Əliyev Mərkəzinin qarşısında aprelin 11-də keçirilmiş prezident seçkilərində qazanılmış qələbə münasibətilə keçirilmiş tədbirdə prezident İlham Əliyev deyib.

Dövlət başçısı çıxışı zamanı Azərbaycan gənclərinə müraciət edib: “Üzümü Azərbaycan gənclərinə tutaraq bildirirəm ki, ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq".

Prezident bildirib ki, hazırda yürüdülən siyasət Azərbaycanı xoşbəxt gələcəyə aparacaq.

Xəbər lenti
0