İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Abunə olmaq
"Ötən seçkilərdəki qələbəniz sübut edir ki, Azərbaycan xalqı Sizin həyata keçirdiyiniz, vətəndaşların rifahının yüksəldilməsinə və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinizə yüksək dəstək verir"

BAKI, 12 aprel — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir. 

Sputnik Azərbaycan-ın məlumarına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

məlumatına görə, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Qazaxıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Ötən seçkilərdəki qələbəniz sübut edir ki, Azərbaycan xalqı Sizin həyata keçirdiyiniz, vətəndaşların rifahının yüksəldilməsinə və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinizə yüksək dəstək verir.

Bu ali dövləti vəzifədə qardaş Azərbaycanın daha da firavanlaşması və nəzərdə tutduğunuz bütün planların səmərəli surətdə yerinə yetirilməsi yolunda Sizə yeni uğurlar arzu edirəm.

Qazaxıstan ilə Azərbaycan arasında sarsılmaz dostluğa və etimada əsaslanan münasibətlərin möhkəmlənməsinə Sizin böyük töhfənizi də qeyd etmək istəyirəm.

Əminəm ki, ölkələrimiz arasında yaranmış strateji əməkdaşlıq xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji və bütün təşəbbüslərinizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

Məlumata əsasən, Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiç, Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, “ARETİ” Beynəlxalq Şirkətlər qrupunun prezidenti İqor Makarov, Ukrayna prezidenti Petro Poroşenko, Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa, TÜRKSOY-un baş katibi Düsen Kaseinov da İlham Əliyevi aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik ediblər.

Xəbər lenti
0