Artur Rasi-zadə də öz hüququndan istifadə etdi

© Photo : REPORTAzərbaycanın Baş naziri Artur Rasi-zadə Prezident seçkilərində səs verib
Azərbaycanın Baş naziri Artur Rasi-zadə Prezident seçkilərində səs verib - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir 16 saylı II Yasamal seçki dairəsinin 29 saylı seçki məntəqəsində səs verib

BAKI, 11 aprel — Sputnik. Baş nazir Artur Rasi-zadə prezident seçkilərində səsvermədə iştirak edib. Sputnik Azərbaycan xəbər verir ki, A.Rasi-zadə 16 saylı II Yasamal seçki dairəsinin 29 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Xatırladaq ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Səsvermə prosesi 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində təşkil olunub.

Səsvermə səhər saat 8:00-da başlayıb, saat 19:00-da başa çatacaq.

Prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Beynəlxalq müşahidəçilərin sayı 890 (60 təşkilat, 59 ölkə), yerli müşahidəçilər isə 58 min 175 nəfərdir.

Xəbər lenti
0