Prezidentin köməkçisi səs verib

© Photo : REPORTАли Гасанов, помощник Президента Азербайджана по общественно-политическим вопросам
Али Гасанов, помощник Президента Азербайджана по общественно-политическим вопросам - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin köməkçisi Əli Həsənov səs verib

BAKI, 11 aprel — Sputnik. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident seçkilərində səs verib. Sputnik Azərbaycan xəbər verir ki, o, 36 saylı Xətai seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Xatırladaq ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Səsvermə prosesi 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində təşkil olunub.

Səsvermə səhər saat 8:00-da başlayıb, saat 19:00-da başa çatacaq.

Prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Beynəlxalq müşahidəçilərin sayı 890 (60 təşkilat, 59 ölkə), yerli müşahidəçilər isə 58 min 175 nəfərdir.

Xəbər lenti
0