QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

XİN Ermənistanın siyasi spekulyasiyasını ifşa etdi

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
XİN: Ermənistan rəsmiləri Aİ ilə İrəvan arasında imzalanmış sazişi siyasi spekulyasiya və təbliğat obyektinə çevirməyə cəhd edirlər

BAKI, 11 aprel — Sputnik. Ermənistan rəsmiləri Avropa İttifaqı ilə İrəvan arasında imzalanmış sazişdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamı siyasi spekulasiyaya çevirir. Ermənistan xarici işlər nazirinin müavini Karen Nəzəryan bu gün Ermənistan parlamentində Avropa İttifaqının Azərbaycanla sazişdə də bu mövqeyi ifadə edəcəyinə ümidvar olduqlarını bildirib.

Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq, bunu şərh edən XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

"Müxtəlif səviyyələrdə Ermənistan rəsmiləri Avropa İttifaqının adından danışmağa və Aİ ilə Ermənistan arasında imzalanmış sazişi siyasi spekulyasiya və propaqanda obyektinə çevirməyə cəhd edirlər. 

Вид на комплекс зданий Flame Towers в Баку - Sputnik Azərbaycan
QARABAĞ
Məşhur rusiyalı general Bakıda: Mövzu Dağlıq Qarabağdır

İlk növbədə onu qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmağa Aİ-nin mandatı və ya səlahiyyəti yoxdur.

Ermənistan tərəfinin əsassız iddialarına baxmayaraq, Aİ ilə Ermənistan arasında imzalanmış əməkdaşlıq sazişinin preambula hissəsində Helsinki Yekun Aktına istinadən qeyd olunan prinsiplər heç bir hüquqi öhdəlik xarakteri daşımır. Aİ-dən rəsmi şəkildə Azərbaycan tərəfinə verilən məlumatda bildirilib ki, müqavilə hüququna dair Vyana Konvensiyasına uyğun olaraq sözügedən sazişin preambula hissəsi hüquqi öhdəlik daşımır.

Bununla yalnız rəsmi İrəvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tərəf olması Aİ tərəfindən bir daha təsbit olunur".

XİN rəsmisinin sözlərinə görə, Aİ-nin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyi yüksək səviyyələrdə dəfələrlə ifadə olunub: 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident İlham Əliyev Milli Qəhrəmanlarla bağlı fərman imzaladı

"Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyev ilə 2017-ci ilin fevralında Brüsseldə keçirdiyi birgə mətbuat konfransında Aİ-nin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini vurğayıb.

Bu ilin fevralında Brüsseldə keçirilmiş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ilə keçirilmiş mətbuat konfransında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Aİ-nin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini tam şəkildə dəstəklədiyini bildirib.

2017-ci ilin noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib. 

Аскеранская крепость в оккупированном Аскеранском районе Азербайджана, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Avstriyadan Dağlıq Qarabağla bağlı tarixi addım

Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.

Avropa Parlamentinin 2013-cü ildə qəbul edilmiş qətnaməsində bir Şərq Tərəfdaşlığı ölkəsi tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozduğu qeyd olunaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həll edilməli olduğu vurğulanır.

Odur ki, Aİ-nin yüksək rəsmilərinin açıqlamaları və Aİ-nin sənədlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam və birmənalı dəstəyi ifadə edən mövqe dəfələrlə ifadə olunub".

Xəbər lenti
0