03:20 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
İlham Əliyev və Mehriban Əliyeva

İlham Əliyev yemək zövqündən, xanımının bacarığından və hobbisindən danışdı

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
AZƏRBAYCAN
Qısa URL
864 0 0

Prezident: "Mehriban xanım kulinariyada yaxşı mütəxəssisdir, mənə və ailəmizin bütün üzvlərinə böyük sevinc bəxş edir"

BAKI, 6 aprel — Sputnik. "Hər bir xalqın mətbəxi mədəniyyətinin, ənənələrinin və imkanlarının göstəricisidir. Azərbaycan mətbəxi çox rəngarəngdir, çox dadlıdır, lakin nəzarətsiz çəki artımı baxımından çox təhlükəlidir". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasınını Prezidenti İlham Əliyev "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə deyib.

Jurnalistin "Azərbaycan arıqlamaq istəməyən insanlar üçün cənnətdir" qeydinin qarşılığında prezident deyib: "Buna görə də mən gündəlik həyatımda bundan sui-istifadə etməməyə çalışıram. Hərçənd, əlbəttə, mən hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini sevir. Mən də istisna deyiləm. Amma gündəlik həyatımda bir qədər uzaq durmağa çalışıram".

İlham Əliyev Azərbaycan mətbəxindəki yeməklərin praktiki olaraq hamısını xoşladığını deyib: "Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram. Bu məsələdə o, yaxşı mütəxəssisdir. Mənə və ailəmizin bütün üzvlərinə böyük sevinc bəxş edir, özünün kulinariya yaradıcılığı ilə bizi sevindirir".

"Sizin bir çox həmkarınızın stressi atmaq üçün müxtəlif hobbiləri var. Amma sizin hobbiniz yoxdur. Bəs siz enerjinizi haradan alırsız?" sualına dövlət başçısı belə cavab verib: "Mənim belə bir hobbim yoxdur. Lakin hesab edirəm ki, sevinc, məmnunluq gətirən işlə məşğul olmaq elə hobbidir. Mənə görə, ən böyük sevinc əməyimin nəticələrini görməkdir. İnanın, bu, sadəcə söz deyil, həqiqətən də belədir".

"Görəndə ki, nəzərdə tutulan işlər yerinə yetirilib, Azərbaycanın inkişafının bu və ya digər sahəsində irəliləyiş var, bu, mənə böyük mənəvi zövq verir. Bu, hansısa hobbidən daha yaxşıdır. Mən hobbisizliyimi bu yolla kompensasiya edirəm. Asudə vaxtımı ailəmlə keçirirəm və yəqin ki, həm də oradan həyat üçün enerji alıram. Mən o adamlardanam ki, işə də sevinc hissilə gedirəm, işdən evə də eyni hisslə qayıdıram", — prezident vurğulayıb.

Əlaqədar

İlham Əliyev vacib görüşlər keçirib
İlham Əliyev fələstinli nazirlə görüşüb
Kiselyov İlham Əliyev haqda: "Azərbaycanlılar çox şanslıdırlar"
Dmitri Kiselyov İlham Əliyevin fərqli xarakteri barədə: "Bu, çinlilərə xas yanaşmadır"
İlham Əliyev BNA ilə bağlı vacib fərman imzaladı
Teqlər:
hobbi, yemək, mətbəx, xalq, mədəniyyət, Mehriban Əliyeva, İlham Əliyev, Azərbaycan, prezident

Əsas mövzular