19:45 17 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Dmitri Kiselyov İlham Əliyevlə görüşdə

Dmitri Kiselyov İlham Əliyevin fərqli xarakteri barədə: "Bu, çinlilərə xas yanaşmadır"

© Sputnik /
AZƏRBAYCAN
Qısa URL
1383453

"Rossiya seqodnya"nın baş direktoru: "İlham Əliyev Azərbaycanın tərəfdaşlarına qarşı sərt və tələbkardır"

BAKI, 3 aprel — Sputnik. Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, məşhur teleaparıcı Dmitri Kiselyov Sputnik Azərbaycan-a müsahibə verib. Müsahibəni təqdim edirik:

— Siz dəfələrlə prezident İlham Əliyevlə görüşmüsünüz, ondan müsahibə götürmüsünüz. Azərbaycan lideri Sizdə hansı təəssüratı oyadıb?

— Sözlərimin təbliğat kimi qəbul olunmasını istəməzdim. Mən, həqiqətən, İlham Əliyevlə görüşmüşəm və o, məndə öz ölkəsinin tarixini bilən və böyük perspektivi görə bilmə qabiliyyətinə malik məsuliyyətli dövlət lideri təəssüratını oyadıb. Məndə belə bir təəssürat yarandı ki, onda çinlilərə xas hansısa cəhətlər var, çünki yalnız çinlilərdə gələcəyə belə bir sakit və inamlı baxış mövcuddur.

2000-ci illərin əvvəllərində Kiyevdə qəbullardan birində mənim Çin səfiri ilə söhbətim oldu. Söhbət zamanı mən Çini sürətlə inkişaf edən güclü dövlət adlandırdım. O, mənə etiraz etdi: "Xeyr, güclü deyil. Biz əlli ildən sonra güclü olacağıq". Bu təlaşa qapılmama çinlilərə sistemli addımlar atmağa imkan verir.

Bu mənada İlham Əliyev çinlilərə bənzəyir. O tələsmir. O, öz ölkəsinə inanır, infrastrukturla, uzunmüddətli layihələrlə məşğul olur — həm "hardware", həm də "software" sahəsində. O, azərbaycanlı xarakterini yaradır. Azərbaycan gənc dövlət olduğu üçün bu tip formalaşdırıcı təsirə ehtiyacı var.

Azərbaycan üçün lider mütləqdir. Hesab edirəm ki, belə bir liderə malik olduqlarına görə azərbaycanlıların bəxtləri çox gətirib — o tələsmir, lakin vaxtı da əldən vermir, bu isə çox əhəmiyyətlidir. O, öz ölkəsini, öz gəmisini çox əmin bir kursla aparır, çətinlik və maneələrdən keçirir. Heç də bütün gənc dövlətlər bu maneələri Azərbaycan kimi ağrısız keçə bilmir.

İlham Əliyevə can sağlığı diləyirəm. Arzu edirəm ki, Azərbaycan xalqı öz liderinə qarşılıqla – sevgiyə sevgi ilə cavab versin.

Azərbaycan Prezidenti İlham Əliyev Rossiya seqodnya Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verərkən, 2016-cı il
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verərkən, 2016-cı il

— Azərbaycan həqiqətən son 25 ildə böyük quruculuq yolu keçib. Buna əmin olmaq üçün Bakıya gəlmək kifayətdir. Sizin fikrinizcə, nəyin hesabına Azərbaycan belə möhtəşəm nəticələr əldə edə bilib? Burada yalnız karbohidratlar rol oynayıb?

— Birincisi, karbohidratları da idarə etməyi bacarmaq lazımdır. İkincisi, indi karbohidratlardan istifadə üçün yüksək texnologiyalar lazımdır. Neftin çıxması üçün sadəcə yeri qazmaq kifayət deyil. Bundan əlavə, inkişafın əsas amili kimi siyasi sabitlik lazımdır. İlham Əliyev isə bunu gözəl başa düşür. Bu, onun üçün xüsusi diqqət predmetidir.

Qarabağ münaqişəsi Azərbaycan, həm də Ermənistan üçün adi məsələ deyil. Hər bir ölkədə məsələnin radikal həllərini təklif edən çoxlu sayda insanlar var. İlham Əliyevin ölkə prezidenti kimi problemin sürətli həllinə dair hər cür ağılsız çağırışlara məhəl qoymaması təqdirəlayiqdir. Onsuz da münaqişənin sürətli həlli mümkün deyil.

Onun mövqeyində dövlət xadiminin məntiqi, gücü və mənim fikrimcə, həm də yaxşı menecerlik qabiliyyəti mövcuddur. Müxtəlif dövlət liderliyi tipləri var. Yalnız təbliğçi olmaq azdır, biz bunu Qorbaçovun misalından bilirik. İnkişaf edən ölkənin yalnız təbliğçiyə ehtiyacı yoxdur. Düzdür, İlham Əliyev həm də təbliğçi olmağa məcburdur. İdarəetmə qabiliyyətini nitq bacarığı, aydın fikirlər, aydın göstərilmiş məqsədlə uzlaşdırmaq lazımdır. Aydın məqsəd, effektiv idarəetmə və dünya quruluşunu, yəni bunun dünyada necə edildiyini bilmək — bu aspektlərin ahəngi Azərbaycanın son 25 ildəki uğurunun sirridir.

— Prezident Əliyev Rusiyanı yaxın ölkə, Azərbaycanın əsas tərəfdaşlarından biri adlandırıb. Sizin fikrinizcə, hazırkı regional və qlobal çağırışlar şəraitində Rusiya-Azərbaycan münasibətləri necə inkişaf edə bilər?

— İkitərəfli münasibətlər mövcuddur və onlar etibara, iki prezidentin verdikləri və əməl etdikləri sözə söykənir. Əliyev sözünə əməl edir, bu, onu fərqləndirən xüsusiyyətdir. Bu mənada, o, tam olaraq avropalı deyil. Bu yerdə, fevralda istefa vermiş və 12 ildir Putinin bağ evində olduğunu deyən Hollandiyanın xarici işlər naziri yada düşür. Rusiyaya səfəri ərəfəsində o, səfərdən imtina edərək istefa verdi. Yəqin ki, o, Lavrovun özünə yönəlik baxışını bəri başdan əsəvvür edib və başa düşüb ki, bu baxışlara tab gətirməyəcək. Bəlkə də indi Avropada belə qəbul edilib – öz vədinə xilaf çıxmaq və sözünün arxasında durmamaq.

Bu mənada, Əliyev Azərbaycanın tərəfdaşlarına qarşı sərt və tələbkardır. Bizim münasibətlərimizdə dəfələrlə təsdiq olunmuş bu sözübütövlük çox etibarlı əlaqədir və bizim münasibətlərimizin rasional, lazımi qədər emosional və bölgənin bütün dövlətlərinin rifahına uyğun qurulacağının zəmanətidir.

Lakin Azərbaycan sadəcə Rusiya ilə ikitərəfli münasibətlərə malik olmaqla kifayətlənə bilməz. Bakı Rusiya-Azərbaycan-İran üçbucağında, Xəzəryanı layihələrin nizamlanması, müzakirəsi və inkişafında böyük rol oynayır. İlham Əliyev bu məqsədi özü üçün gözəl formalaşdırır, düşünür və qarşıya vəzifə qoyur. Bununla da bu üçlük bütövlükdə bölgə üçün böyük sabitləşdirici təsir göstərir. Sürətli dəyişikliklər və amerikalıların oyunu şəraitində maraqlar balansını qorumaq asan olmasa da, Əliyev bu məsafələri, maneələr zolağını itkisiz, ideal surətdə qət edir.

— Yəni Siz hesab edirsiniz ki, Rusiya-Azərbaycan-İran üçbucağını artıq sabit siyasi konstruksiya adlandırmaq olar?

— Bu format artıq illərdir ki, mövcuddur və biz həmişə orada hər hansı problem olmadan ümumi dil tapırıq. Xəzərin zonaları və yaxud təhlükəsizlik məsələləri üzrə hansısa suallar ortaya çıxanda ya qərar verilib, ya da məsələ təxirə salınıb. Buna baxmayaraq, hesab edirəm ki, bu, artıq sabit siyasi regional konstruksiyadır və o, sülhün qarantıdır.

© Sputnik /
Ильхам Алиев о работе сотрудников Sputnik Азербайджан

— Cənubi Qafqaz üçün regional təhlükəsizlik əvvəlki kimi ən ağrılı problemlərdəndir. Bu məsələdə Azərbaycan hansı rol oynayır? Bakını bölgədə sabitlik amili adlandırmaq olar?

— Ümumilikdə, hə. Azərbaycanın maliyyə, iqtisadi və hərbi cəhətdən hazırda malik olduğu güclə çoxlu problemlər yaratmaq olardı. Lakin buna baxmayaraq, Azərbaycan özünü çox təmkinli aparır və uzunmüddətli oynayır. Əlbəttə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki münaqişələr heç kimin ürəyincə deyil, lakin heç olmasa, ən pis ssenaridən qaçmaq mümkün olur. Burada həlli axtarmaq lazımdır və o tapılmalıdır. Onu heç kim kənardan tapmayacaq.

Yadımdadır, Suriya prezidenti Bəşər Əsəddən müsahibə alanda ondan soruşdum ki, onun vəziyyətində olan liderə nə məsləhət verərdi? Söhbət ABŞ, Rusiya, İran, İsrail və Çinin, terror təşkilatlarının və digərlərinin maraq dairəsində olan və müharibə odunda alovlanan ölkədən gedir. O dedi: "Mənim məsləhətim — həll yolunu ölkənin daxilindən tapmaqdır. Yalnız ölkənin daxilindən əmələ gəlmiş, kimsə tərəfindən təklif edilməmiş həll variantı işləyir".

Qarabağ münaqişəsinin həllinin mənbəyi Ermənistan və Azərbaycan arasında razılaşmadır. Mənim fikrimcə, bu razılaşmaya imza atacaq liderlər özlərinin çoxlu sayda vətəndaşlarının həyatlarını qoruduqlarına və münasibətlərdə inkişaf etdirilə biləcək balansı tapdıqlarına görə tarixdə sülh yaradan kimi qalacaqlar. Bu məsələnin müsbət nəticələri mənfidən, ilk baxışda göründüyündən dəfələrlə çox olacaq.

Əlaqədar

Kiselyov: "Bakıya silah satılmasında siyasi məna axtarmaq lazım deyil"
Dmitri Kiselyov: "Rusofobiya xroniki xəstəlik deyil"
Regiondakı vəziyyət və İlham Əliyevin Dmitri Kiselyova müsahibəsindəki mesajlar
Kiselyov: İlham Əliyev sözün həqiqi mənasında müstəqil dövlət xadimidir
Kiselyov: Qərbin tənqidi İlham Əliyevin müstəqil siyasəti ilə bağlıdır
Dmitri Kiselyov: Bakının müstəqil xətti amerikalılara mane olur
Teqlər:
təmkin, xarakter, Dmitri Kiselyov, dövlət, xalq, prezident İlham Əliyev, Azərbaycan, prezident seçkiləri

Əsas mövzular